ITFC: İndiyə qədər ümumilikdə 96 milyard dollarlıq maliyyələşdirmə həyata keçirmişik
Məhəmməd Safri Həmid: Qlobal sukuk bazarının 36%-ni təmsil edirik
CNN: ABŞ və İran arasındakı saziş qəsdən qeyri-müəyyən tərtib olunub
“Biz və bizim dağlar” abidəsinə istinad etmək sülh prosesinə xələl gətirir - MÖVQE
10 İyun 11:31
1 659
Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən Elçin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Mövsümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Elçin İsmayılov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən il iyul ayında Daşkəsən rayonunda baş verib. Elçin İsmayılovla dostu İlkin Məmmədovla araında mübahisə baş verib. Mübahisə nəticəsində Elçin İsmayılov İlkin Məmmədova bıçaqla bir neçə dəfə zərbə endirib. İlkin Məmmədov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Təqsirləndirilən Elçin İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci (qəsən adam öldürmə) və 228.5-ci (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.