21 Avqust 13:24
21 Avqust 12:17
21 Avqust 11:44
10 İyun 14:16
2 569
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Hyundai” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək ağaclıq sahəyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Yaxınlıqda yerləşən ağaclar yanğından mühafizə olunub.
21 Avqust 20:36
707
21 Avqust 19:25
728
21 Avqust 18:46
742