Milli Qurtuluş Günü – müasir Azərbaycan tarixindədönüş nöqtəsi Hadisə

Milli Qurtuluş Günü – müasir Azərbaycan tarixindədönüş nöqtəsi

“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.

​​​​Ulu Öndər Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyevin qayıdış və xilaskarlıq missiyasının rəmzinə çevrilmiş Milli Qurtuluş Günü həm də müstəqilliyimizin sarsılmaz simvoludur. Bu əlamətdar günAzərbaycan tarixinin dönüş nöqtəsi, dövlətçiliyimizin xilas hadisəsidir. Azərbaycan tarixinin şanlı səhifələrindən birinəçevrilmiş bu qürurverici gün xalqımız tərəfindən hər il böyük təntənə ilə qeyd edilir.

Azərbaycanın qurtuluş hərəkatına gedən yol çətin və mürəkkəb bir tarixi mərhələni təşkil edir. Ulu Öndər Heydər Əliyevin 1987-ci ilin oktyabrında Moskvanın yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifədən getdikdən sonra erməni şovinistləri və onların sovet iqtidarında olan himayədarları Qarabağın Azərbaycandan alınıbErmənistana hədiyyə edilməsi üçün xain plan həyata keçirməyə başladı ki, bu da xalqımızın ağır faciələrlə üzləşməsinə gətirib çıxardı.

Şübhəsiz ki, Heydər Əliyev həmin dövrdə hakimiyyətdə olsaydı, ermənilər və havadarları bu çirkin əməllərinə cürət edə bilməzdilər. Təəssüf ki, müstəqilliyimizin ilk illərində dağınıq siyasi qüvvələr və ovaxtkı iqtidar cəmiyyətin sağlam düşüncə sahiblərinin səsinə qulaq asmadı və böyük dühanın ölkə rəhbərliyinə dəvət edilməməsi Azərbaycanın20 Yanvar və Xocalı faciələrini yaşamasına, torpaqların 20 faizinin işğal edilməsinə səbəb oldu.

Həmin illərdə yaranmış böhran vəziyyətində ölkənin müqəddəratını deyil, şəxsi mənfəətlərini düşünən şəxslərin hakimiyyəti ələ keçirməsi və səriştəsiz idarəçiliyi müstəqil dövlətin iztirablarla üzləşməsi ilə nəticələndi. Hərc-mərclik və özbaşınalıq şəraitində ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri qanunsuz əməllər, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması, ölkə daxilində qardaş qırğını və vətəndaş müharibəsinə dərin zəminin yaranması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

1993-cü ildə respublikada həyatın bütün sahələri dağıdıcıfəlakətlə üzləşmişdi. Hakimiyyət daxilindəki qruplaşmalar və birincilik uğrunda bir-birinə qarşı mübarizə kəskin xarakter almış, prezident ölkədəki real vəziyyətdən, cəbhədəki durumdan bixəbər, hakimiyyətə nəzarət isə tamamilə itmişdi.

Beləliklə, bir illik hərc-mərclik iqtidarının apardığı siyasət Azərbaycanda anarxiya, xaos, özbaşınalığa yol açmış, iqtisadiyyat tamamilə çökmüş, əhalinin sosial durumunu son dərəcə ağırlaşmışdı. Hakimiyyət qüvvələrin xəyanəti torpaqlarımızın xeyli hissəsini hərbi təcavüzə məruz qoyaraq, dövlətimizi qaranlıq gələcəyə sürükləyirdi.

Belə bir vəziyyətdə çıxış yolu axtaran xalq xilasını yalnız Heydər Əliyevin dövlət kürsüsünə qayıdışında görürdü. Ölkəni məhvə sürüklədiklərini və fəlakətin ağırlığını anlayan AXC-Müsavat cütlüyü Heydər Əliyevdən imdad istədi.Ölkəni ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxs və şəxsiyyət məhz Heydər Əliyev idi.

Ulu Öndər həmin illərdə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında müstəqil Azərbaycan dövlətinin milli sütunlarını bərqərar edirdi. Onun o vaxt üçünxalqı müstəqil dövlətçilik idealları ətrafında sıx birləşdirdiyi yeganə inam və ümid yeri Naxçıvan idi.

Nəhayət, Ulu Öndər 1993-cü il iyununda xalqın və ölkəninhakim dairələrinin təkidli dəvətini qəbul edərək xilaskarlıq missiyasını çiyinlərinə götürdü. İyunun 15-də onunhakimiyyətə qayıdışı ilə Azərbaycan əvvəlcə ictimai-siyasi, ardınca isə iqtisadi böhrandan xilas olmağa başladı.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. O, bu tribunadan qəti prinsiplərini elan etdi: “Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi, asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına və qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu və qurtuluş hərəkatı zəfərlə başa çatdı.

Ümummilli Liderin qısa zamanda müəyyənləşdirdiyi unikal dövlət kursu sayəsində Qarabağ müharibəsində atəşkəs əldə edildi və nizami ordu quruculuğuna başlanıldı. Ölkədə demokratik və müasir idarəetmə sistemi formalaşdırıldı. Neft müqavilələrinin imzalanması ilə milli iqtisadi inkişafın və maliyyə potensialının təməlləri qoyuldu, Azərbaycan iqtisadi dirçəlişə qədəm qoydu.

İlk parlament seçkilərinin keçirilməsi və referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi demokratik inkişaf modelini təsis etdi, Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, dünya birliyinə inteqrasiyası prosesi başlandı. Məhz Ulu Öndərin əsasını qoyduğu iqtisadi model sayəsində Azərbaycanın sarsılmaz iqtisadi gücü yarandı və dayanıqlı maliyyə potenisalı torpaqlarımızı azad edə biləcək güclü ordunu formalaşdırdı.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. O, məcburi köçkünlər qarşısında çıxışlarının birində dərin bir inam və əminliklə bildirirdi ki, bu torpaqlar azad ediləcək.

Heydər Əliyevin ümdə arzularını isə Müzəffər Liderimiz,Prezident İlham Əliyev reallaşdırdı – ata vəsiyyətini yerinə yetirdi, torpaqlarımızı son qarışına qədər xarici işğaldan azad etdi.

Ali Baş Komandan bu qürurverici tarixi anı belə dəyərlənirdi: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!”

Bu gün isə dünya azərbaycanlıları qürurla qeyd edirlər ki, Ulu Öndərin ideyalarının layiqli davamçısı və Azərbaycan xalqına buraxdığı mirasın əsl qoruyucu Prezident İlham Əliyevin rəhbərliyi altında artıq dünyada orta güc kimi qəbul edilən Azərbaycanın beynəlxalq münasibətlər sistemindəyeri getdikcə daha da möhkəmlənir.

Ramid Namazov

Milli Məclisin deputatı