TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edilib Hadisə

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edilib

Rəna Məmmədova TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Qeyd edək ki, TƏBİB-in İcraçı direktorunun yeni müşaviri tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova hazırkı təyinatınadək “Paşa Sığorta” ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.

Xatırladaq ki, bir müddət əvvəl Ramil Muxtarzadə, Töhfə Cəmilova və Bahadur Rzayev TƏBİB-in İcraçı direktorunun müşavirləri təyin ediliblər.