14:52
567
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 2026-cı ilin hazırlıq planına uyğun olaraq “Dağlıq ərazidə axtarış-xilasetmə vərdişlərinin təkmilləşdirilməsi” mövzusunda təlim keçirib.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd xilasedicilərin mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə xilasetmə əməliyyatlarının aparılması üzrə bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə şərti köməksiz vəziyyətdə qalmış zərərçəkmişlər xüsusi vasitələrlə “xilas edilərək onlara ilk yardım” göstərilib.
Uğurla icra olunan təlim zamanı qarşıya qoyulmuş məqsədlərə nail olunub.





