MN: Pirəkəşkül yaxınlığında istifadəyə yararsız döyüş sursatları məhv ediləcək Hadisə

MN: Pirəkəşkül yaxınlığında istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

22-25 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.