Qətərin Baş naziri: Netanyahu Yaxın Şərqdə yenidən eskalasiyanı təhrik edir
Vens: İran nümayəndə heyəti Bürgenstokda ABŞ ilə aparılan danışıqları tərk etməyib
Qətərin Baş naziri ABŞ və İranın razılığa gəlmək əzmində olduğunu bəyan edib
Vens: İranla sülhə nail olunmazsa, ABŞ-ın bir çox variantı var
Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib
15:30
721
Dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Digər vətəndaşlar - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
15.12
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.
Hazırda dalğıc-xilasedicilər tərəfindən vətəndaşların batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.