15:30
371
Zəngilan rayonunun meşə ərazisində pələng müşahidə olunub.
Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, ərazidə işləyən şəxslərdən biri meşəlik sahədə pələng görüb. O, həmin anı mobil telefonunun kamerası ilə lentə alıb.
Görüntülərdə pələngin meşə ərazisində hərəkət etdiyi əks olunub.
Qeyd edək ki, Zəngilanın zəngin meşə ekosistemi müxtəlif vəhşi heyvanların, o cümlədən nadir fauna növlərinin məskunlaşması üçün əlverişli təbii mühit hesab olunur.