14:03
462
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen və Danimarkanın Baş naziri Mette Frederiksen sentyabrın 6-dan 7-dək Qrenlandiyaya səfər edəcəklər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində yerli rəhbərliyin nümayəndələri, xüsusən də Danimarka muxtariyyətinin Baş naziri Yens-Frederik Nilsen ilə görüşlər planlaşdırılıb. "Euractiv"in məlumatına əsasən, Brüssel 2028-ci ildən etibarən Qrenlandiyanın maliyyələşdirilməsini iki dəfədən çox artıraraq yeddiillik dövr üçün 530 milyon avroya çatdırmaq niyyətindədir.
Məryəm Quliyeva