Yunanıstana məxsus "Patriot" Səudiyyə Ərəbistanı üzərində dronları vurub Dünya

Yunanıstana məxsus "Patriot" Səudiyyə Ərəbistanı üzərində dronları vurub

Səudiyyə Ərəbistanında yunan hərbçiləri tərəfindən idarə olunan "Patriot" hava hücumundan müdafiə sistemi cümə axşamı böyük neftayırma müəssisələrinin yerləşdiyi Yanbu rayonunda bir qrup dronu zərərsizləşdirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Yunanıstan təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən məlumat verib.

Mənbələrdən birinin sözlərinə görə, batareya Səudiyyə Ərəbistanının HHM sistemləri ilə koordinasiyalı şəkildə dronlara qarşı döyüşə girib və üç raket buraxıb. Bununla belə, vurulan pilotsuz uçuş aparatlarının sayı və onların haradan göndərildiyi dəqiqləşdirilmir.

Bu, ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri Yunanıstan sisteminin döyüş şəraitində tətbiq olunduğu üçüncü haldır.

Məryəm Quliyeva