Hindistanda təlim təyyarəsi qəzaya uğradı: İki pilot həlak oldu Dünya

Hindistanda təlim təyyarəsi qəzaya uğradı: İki pilot həlak oldu

Hindistanın Uttar-Pradeş ştatında iki mühərrikli təlim təyyarəsi qəzaya uğrayıb, nəticədə təlimatçı-pilot və təcrübəçi həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə NDTV məlumat yayır.

İlkin məlumatlara görə, təyyarə idarəetməni itirərək Kanpur şəhəri yaxınlığında, Qanq çayı üzərindəki bəndin yaxınlığındakı tarlaya düşüb.

Təyyarənin göyərtəsində iki nəfər — pilot və ikinci pilot olub. Hər ikisi həlak olub. Hadisə yerinə fövqəladə xidmətlər və polis əməkdaşları cəlb olunub.

Təyyarə qəzasının səbəbləri və təfərrüatları araşdırılır.

Məryəm Quliyeva