11:30
378
Avqustun 26-da axşam saatlarında Seutanın bir neçə min sakini şəhərdə miqrantların çoxluğuna qarşı etiraz aksiyası keçirib.
Xalqcebhesi.az xəbər verir ki, əsas nümayiş şəhərin mərkəzində başlayıb. Daha sonra iştirakçılar İspaniya hökumətinin binasına tərəf irəliləyiblər.
Etiraz zamanı nümayişçilər afrikalı miqrantlara və İspaniyanın Baş naziri Sançesin kabinetinə qarşı şüarlar səsləndiriblər. Jurnalistlərlə söhbətdə bəzi etirazçılar Mərakeş hakimiyyətini də tənqid edərək, muxtar şəhərdəki miqrasiya böhranına görə onların məsuliyyət daşıdığını ehtimal etdiklərini bildiriblər.
Məryəm Quliyeva