Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir
Avstriya səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
"Spectator": Britaniya G7 sammitini Londonda keçirməyə hazırlaşır
ABŞ tezliklə Yaxın Şərqə "Theodore Roosevelt" aviadaşıyıcısını göndərəcək
“Rusiya Qərbə qarşı hibrid mübarizəsində yeni mərhələyə keçid alıb”
13:04
441
“Diqqət etsəz son hadisələrin miqyası və xarakteri artıq göstərir ki, Rusiya Qərbə qarşı hibrid mübarizəsində yeni mərhələyə keçid alıb. Amma burada bir mühüm fərq var. Söhbət tamamilə yeni strategiyadan deyil, mövcud hibrid mübarizənin daha aqressiv, daha geniş və daha riskli mərhələyə keçməsindən gedir. Əvvəla, deyim ki, hədəflərin və vasitələrin coğrafiyası genişlənir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Elnur Ənvəroğlu deyib.
E.Ənvəroğlu bildirib ki, Rusiya ilə əlaqələndirilən fəaliyyətlər artıq yalnız kiberhücumlar və dezinformasiya ilə məhdudlaşmır: “Avropada sabotaj, kritik infrastruktura qarşı əməliyyatlar, yanğınlar, casusluq, sui-qəsd planları, GPS müdaxilələri və dron insidentləri kimi daha fiziki və potensial olaraq daha təhlükəli vasitələr önə çıxır. CSIS-in (ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi) məlumatına görə, Rusiyanın Avropa və ABŞ-dakı hədəflərə qarşı hücumlarının sayı 2023-cü ildən 2024-cü ilə qədər təxminən üç dəfə artıb. İkincisi, sabotaj artıq təsadüfi təxribatlardan çox, strateji təzyiq alətinə çevrilir. Carnegie-nin iyul 2026-cı il təhlilində Qərb kəşfiyyat məlumatlarına əsasən Rusiyanın Avropadakı sabotaj əməliyyatlarının 2024-cü ildə əvvəlki dövrlə müqayisədə dörd dəfə artdığı bildirilir və bu artımın 2025–2026-cı illərdə də davam etdiyi vurğulanır”.
Onun sözlərinə görə, üçüncüsü, hədəf yalnız Ukraynanın hərbi imkanları deyil, Avropanın siyasi iradəsidir: “Məqsəd mütləq hansısa körpünü və ya enerji obyektini sıradan çıxarmaq olmaya bilər. Bəzən daha böyük məqsəd Avropa cəmiyyətlərində “müharibənin bədəli artır”, “kritik infrastruktur təhlükəsiz deyil”, “Ukraynaya dəstəyin nəticələri Avropaya qayıdır” düşüncəsini gücləndirməkdir. Bu baxımdan sabotajın psixoloji və siyasi effekti onun fiziki zərərindən daha böyük ola bilər”.
Röya İsrafilova