Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir
Avstriya səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
"Spectator": Britaniya G7 sammitini Londonda keçirməyə hazırlaşır
ABŞ tezliklə Yaxın Şərqə "Theodore Roosevelt" aviadaşıyıcısını göndərəcək
“Rusiya Qərbə qarşı hibrid mübarizəsində yeni mərhələyə keçid alıb”
12:31
700.jpg)
Türkiyənin "Lider Denizcilik" şirkətinə məxsus və Liberiya bayrağı altında üzən "Star II" toplu daşıyıcısı Qara dənizdə Ukraynaya məxsus PUA ilə hücuma məruz qalıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə gəmiçilik xəbərləri üzrə ixtisaslaşmış "Deniz haber" portalı məlumat yayıb.
Məlumata görə, 152 metrlik gəmi avqustun 25-nə keçən gecə Tuapse limanından Türkiyə istiqamətində yola düşdükdən sonra hücuma məruz qalıb. Zərbə üst tikiliyə dəyib, gəmi körpücüyü ciddi zədələnib. Bununla belə, həlak olanların və xəsarət alanların olmadığı bildirilir.
Daha əvvəl Türkiyə Nəqliyyat Nazirliyi Türkiyənin ticarət gəmilərinə hücumların tez-tez baş verməsi fonunda gəmiçilik şirkətlərinə Qara dənizdəki təhlükəsizlik vəziyyəti ilə bağlı xəbərdarlıq etmişdi. Türkiyə XİN də öz növbəsində Qara dənizdə münaqişənin gərginləşməsindən ciddi narahatlığını ifadə etmişdi.
Məryəm Quliyeva