11:26
364
ABŞ hökuməti Nepalda dağıdıcı qəfil daşqından zərər çəkmiş insanlara təcili yardım qismində 500 min dollar ayıracaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir.
Ayrılan vəsait zərərçəkənlərin müvəqqəti sığınacaq, içməli su və digər ilk zərurət malları ilə təmin olunmasına yönəldiləcək. Dövlət Departamenti həmçinin xilasetmə əməliyyatlarının koordinasiyası və dəstəklənməsi üçün regiona fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə məsləhətçi göndərib.
Xatırladaq ki, ayın 26-da Çin ilə Nepal sərhədində, Qyirong keçid Məntəqəsi yaxınlığında güclü torpaq sürüşməsi baş verib. Hazırda həlak olanların sayı Nepalda 157, Tibetdə isə 3 nəfər təşkil edir.
Məryəm Quliyeva