Avstriya səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
"Spectator": Britaniya G7 sammitini Londonda keçirməyə hazırlaşır
ABŞ tezliklə Yaxın Şərqə "Theodore Roosevelt" aviadaşıyıcısını göndərəcək
“Rusiya Qərbə qarşı hibrid mübarizəsində yeni mərhələyə keçid alıb”
Novella Cəfəroğlu: “Davidi İsraildə də, Bakıda da məhkəməyə verəcəyəm” — VİDEOMÜSAHİBƏ
12:43
378
Sizi burada görməyə çox şadam. İnanıram ki, bugünkü görüşümüz tarixə düşəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və “Tvente” klublarının sabiq futbolçusu Vaqif Cavadov deyib.
Ötən gün Niderland klubunun Bakıda qaldığı hoteli ziyarət edən veteran hücumçu Ensxede təmsilçisinin rəsmi “YouTube” kanalına müsahibəsində vaxtiilə “Qarabağ”ın heyətində “Tvente”yə qarşı keçirdiyi matçları xatırlayıb: “Həmin vaxt “Tvente” ilə qarşılaşmaq bizim üçün ilk idi. Rəqibin heyətində təcrübəli futbolçular çıxış edirdilər. Niderlanddakı qarşılaşmadan sonra klubun ovaxtkı baş məşqçisi Stiv Maklarenin məni bəyəndiyini dedilər. Bakıdakı görüşdən sonra isə təklif gəldi və mən bunu qəbul etdim”.
Azərbaycan millisinin sabiq üzvü “Tvente”nin əvvəlki və indiki heyətləri arasında böyük fərq olduğunu bildirib: “Azərbaycan futbolunda da inkişaf var. Buna nümunə kimi “Qarabağ”ın son illərdə qazandığı uğurları, həmçinin “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmağını göstərə bilərik”.
Vaqif Cavadov bu gün keçiriləcək “Qarabağ” – “Tvente” matçının nəticəsi ilə bağlı da fikirlərini bölüşüb: “Qoy, güclü olan qalib gəlsin”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” - “Tvente” qarşılaşması saat 20:00-da start götürəcək. Səfərdəki ilk oyunda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.