"Spectator": Britaniya G7 sammitini Londonda keçirməyə hazırlaşır Gündəm

"Spectator": Britaniya G7 sammitini Londonda keçirməyə hazırlaşır

Böyük Britaniya 2028-ci ildə "Yeddilik Qrupu"nun (G7) sammitini Londonda keçirməyi planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Spectator" həftəlik jurnalı məlumat verib.

Bu il G7 sammiti iyunun 15-dən 17-dək Fransanın Alp kurortu Evian-le-Bendə baş tutub. Gələn il "yeddilik"də sədrlik ABŞ-yə keçəcək. 2028-ci ildə isə sədr Böyük Britaniya olacaq. Birləşmiş Krallıq ərazisində bundan əvvəlki G7 sammiti 2021-ci ildə İngiltərənin cənub-qərbindəki Kornuoll qraflığında yerləşən Karbis-Bey kurort şəhərində keçirilib. London "yeddilik" liderlərinin görüşünə üç dəfə - 1977, 1984 və 1991-ci illərdə ev sahibliyi edib.

Birləşmiş Krallıq 2027-ci ildə "Böyük İyirmilik"də (G20) sədrlik edəcək. Bir qədər əvvəl "The Times" qəzeti bu birliyin sammitinin Mançesterdə keçiriləcəyini yazmışdı. G20-nin ən yaxın sammiti isə dekabrın 14-dən 15-dək Mayami yaxınlığındakı Doral şəhərində (Florida ştatı) baş tutacaq.

Məryəm Quliyeva