16:14
609.jpg)
Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşdə Hörmüz boğazından müvəqqəti gəmiçilik dəhlizinin yaradılmasını müzakirə edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin mətbuat relizində bildirilir.
"Görüşdə həmçinin Hörmüz boğazında müvəqqəti birgə gəmiçilik dəhlizinin yaradılmasını, eləcə də boğazın minalardan təmizlənməsi üzrə birgə layihəni əhatə edən təklif olunmuş mərhələli addımlarla bağlı cari məsələlər müzakirə edilib", — deyə məlumatda qeyd olunur.
Bununla yanaşı, tərəflər "gərginliyin azaldılması və fikir ayrılıqlarının dialoq vasitəsilə həlli üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini" vurğulayıblar.
Məryəm Quliyeva