İlin son Ay tutulması başa çatıb - YENİLƏNİB Hadisə

İlin son Ay tutulması başa çatıb  - YENİLƏNİB

Yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından APA-ya verilən məlumata görə, tutulmanın maksimumu saat 08:12:53-də olub.

Qeyd edək ki, tutulma Avropa, Afrika, Asiya və Amerikadan görülüb. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər müşahidə etmək mümkün olub.

***

05:23

2026-cı ilin ikinci Ay tutulması başlayıb.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından APA-ya verilən məlumata görə, bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçərək və qismən tutulma müşahidə olunur.

Belə ki, Yarımkölgəli Ay tutulması 05:23:55- də, qismən tutulma saat 06:33:48-də başlayacaq. Tutulmanın maksimumu saat 08:12:53-də olacaq. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatacaq.

Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər müşahidə etmək mümkün olacaq.