11:48
413.jpg)
Polşa NATO-nun nüvə silahının birgə istifadəsi proqramında iştirak etmək marağını qoruyub saxlayır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, Varşava eyni zamanda Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif olunan Avropanın "nüvə çətiri"ndə iştirakla bağlı da danışıqlar aparır.
"Hər hansı şübhəyə yer qoymamaq üçün: Polşa, əvvəllər olduğu kimi, NATO-nun nüvə silahının birgə istifadəsi proqramında iştirak etməkdə maraqlıdır. Biz həmçinin Avropanın nüvə müdafiə "çətiri"ndə iştirak təklifi üzrə danışıqlar aparırıq. Hökumətimizin bu məsələlərdə mövqeyi birmənalıdır", — deyə Kosinyak-Kamış qeyd edib.
Bu bəyanat müdafiə nazirinin müavini Pavel Zalevskinin Polşanın mütəffiqlərinin nüvə döyüş başlıqlarını öz ərazisində saxlamaq istəmədiyini bildirməsindən sonra səslənib. Zalevski bu sözləri Pentaqon rəhbərinin müavini Elbric Kolbi ilə görüşdən sonra deyib.
Məryəm Quliyeva
11:43
392
11:06
462
10:39
483