11:43
378.jpg)
Avropa Komissiyasının sədri Ursula fon der Leyenin həddi-büluğa çatmayanların sosial şəbəkələrə girişini məhdudlaşdırmaq planı məhkəmə iddiaları riski və Aİ ölkələri arasındakı fikir ayrılıqları səbəbindən yumşaldıla bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Politico" nəşri məlumat verib.
Fon der Leyenin öz yanaşmasını sentyabrın 16-da Avropa İttifaqındakı vəziyyətə dair çıxışında təqdim edəcəyi gözlənilir. Planın hazırkı variantına əsasən, məhdudiyyətlər 13 yaşınadək uşaqlara şamil olunacaq, lakin bir sıra istisnaları nəzərdə tutacaq.
Xüsusilə, valideynlərin razılığı ilə uşaqlara sosial şəbəkələrdən istifadə etməyə icazə verilə bilər. Belə bir yanaşma vətəndaşların əsas hüquqları ilə bağlı Aİ normaları arasında münaqişədən qaçmağa kömək etməli, eyni zamanda fon der Leyenə özünün şəxsi prioritetlərindən birinə çevrilmiş təşəbbüsü irəli aparmağa imkan verməlidir.
Avropa qaydaları sosial mediadan istifadə üçün vahid minimum yaş həddi müəyyən edə bilər ki, bu da milli qanunvericilikdən üstün tutulacaq. Eyni zamanda, ölkələrə daha yüksək yaş həddi təyin etməyə icazə verilə bilər.
Məryəm Quliyeva