ABŞ nümayəndə heyətinin təyyarəsi Moskvaya çatıb
5 Sentyabr 13:30
5 Sentyabr 13:30
5 Sentyabr 12:44
4 Sentyabr 17:31
Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib
Samed Ağırbaş: COP31 komandası olaraq Azərbaycanın COP29 sədrliyindən çox şey öyrənmişik
Fatma Varank: Bakı iqlim gündəmi Türkiyə üçün möhkəm zəmin formalaşdırıb
COP30-un icraçı direktoru Bakı İqlim Həftəsinə ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
10:33
329
"Regionumuz üçün Xəzər dənizinin səviyyəsinin azalması hər keçən il daha da narahatedici xarakter alır. Bu proses ekosistemlərə, icmalara, gəmiçiliyə və iqtisadi fəaliyyətə təsir göstərir".
Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu məsələnin regional və beynəlxalq gündəlikdə daha yüksək səviyyədə müzakirə olunmasına və Xəzəryanı dövlətlər arasında dialoqun gücləndirilməsinə çalışıb. Ortaq su ehtiyatları ortaq məsuliyyət tələb edir. Sərhədlərarası çay və hövzələrdə 3 milyondan çox insan yaşayır və iqlim dəyişikliyi bu ortaq resurslar üzərində getdikcə artan təzyiq yaradır”, - Muxtar Babayev bildirib.
O qeyd edib ki, əsas məsələ ortaq su ehtiyatlarının gərginlik mənbəyinə çevrilməsinə imkan verməmək, əksinə, onları əməkdaşlığın, sabitliyin və ümumi rifahın hərəkətverici qüvvəsinə çevirməkdir.
“Azərbaycan üçün iqlim dəyişikliyi gündəliyi ən yüksək siyasi diqqət səviyyəsinə çatdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq əməkdaşlıq üçün mürəkkəb bir dövrdə COP29-a ev sahibliyi etmək məsuliyyətini üzərinə götürdü. Gözləntilər yüksək, etimad isə aşağı səviyyədə idi. Lakin Bakıda tərəflər göstərdilər ki, mühüm iqlim qərarlarının qəbul edilməsi hələ də mümkündür”, - Muxtar Babayev bildirib.
Muxtar Babayevin sözlərinə görə, Bakıda 2035-ci ilə qədər iqlim maliyyələşdirilməsi üzrə illik hədəf ən azı 300 milyard dollara çatdırılaraq üç dəfə artırıldı: “Hazırda biz uzunmüddətli aşağı emissiyalı inkişaf strategiyamızı və iqlim haqqında qanun layihəsini hazırlayırıq, eyni zamanda iqlim dayanıqlılığını və uyğunlaşma tədbirlərini milli plana inteqrasiya edirik”.
11:10
140
11:06
189
11:04
217