ABŞ nümayəndə heyətinin təyyarəsi Moskvaya çatıb
5 Sentyabr 13:30
5 Sentyabr 13:30
5 Sentyabr 12:44
4 Sentyabr 17:31
Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib
Samed Ağırbaş: COP31 komandası olaraq Azərbaycanın COP29 sədrliyindən çox şey öyrənmişik
Fatma Varank: Bakı iqlim gündəmi Türkiyə üçün möhkəm zəmin formalaşdırıb
COP30-un icraçı direktoru Bakı İqlim Həftəsinə ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
10:41
315
COP29 çərçivəsində Bakıda təsis olunan təşəbbüslər artıq əsaslı və davamlı prosesə çevrilib, Bakı İqlim Həftəsi də bu istiqamətdə görülən işlərin davamıdır.
Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, yeni enerji reallıqları fonunda optimal həll yollarının müəyyənləşdirilməsi və dayanıqlı enerji sisteminin qurulması mühüm əhəmiyyət kəsb edir.
Pərviz Şahbazov qeyd edib ki, Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər olduqca vacibdir və ölkə bu istiqamətdə fəaliyyətini davam etdirir: “Artıq 64 ölkə yaşıl enerji ilə bağlı üzərinə öhdəlik götürüb”.
Nazir vurğulayıb ki, Azərbaycan dayanıqlı enerji sisteminin qurulmasına təkan verir. Bildirilib ki, bu ilin sonunadək külək enerjisi istehsalında 6 dəfə artım gözlənilir, gələn ilin sonunadək isə günəş enerjisi sahəsində də ciddi artım proqnozlaşdırılır.
Pərviz Şahbazov sonda vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur regionları Azərbaycanın yaşıl enerji potensialının inkişafında əsas ərazilərdən hesab olunur: "Qarşıda duran əsas hədəflərdən biri bu regionlarda istehsal olunan yaşıl enerjinin beynəlxalq bazarlara çatdırılmasıdır. Əsas məqsədlərimizdən biri yaşıl enerjini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana, oradan isə Türkiyə və Avropa bazarlarına yönəltməkdir”.