ABŞ nümayəndə heyətinin təyyarəsi Moskvaya çatıb
5 Sentyabr 13:30
5 Sentyabr 13:30
5 Sentyabr 12:44
4 Sentyabr 17:31
Samed Ağırbaş: COP31 komandası olaraq Azərbaycanın COP29 sədrliyindən çox şey öyrənmişik
Fatma Varank: Bakı iqlim gündəmi Türkiyə üçün möhkəm zəmin formalaşdırıb
COP30-un icraçı direktoru Bakı İqlim Həftəsinə ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
Əliyevin geosiyasi inqilabı və Trampa layiqli qiyməti - Zahid Oruc yazır…
10:56
371
Azərbaycanda fermerlər əkin subsidiyasının bir hissəsini əvvəlcədən əldə edə biləcəklər.
"APA-Economics" xəbər verir ki, bu, Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni subsidiya mexanizmlərində nəzərdə tutulub.
Yeni qaydaya əsasən, müəyyən edilmiş meyarlara cavab verən fermerlər əkin subsidiyasının 30 faizini avans şəklində ala biləcəklər.
Mexanizm əkin sahəsi 5 hektardan 100 hektaradək olan, siyahısı müəyyən edilən yazlıq və payızlıq birillik bitkilər becərən və fermer reytinqi 30-dan yüksək olan təsərrüfatlara şamil ediləcək.
Avans subsidiyası üçün müraciət edən fermerlərin sahələri Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan ediləcək.
Sahələrin əkinə hazırlığının monitorinqində isə rəqəmsal və süni intellekt həllərindən istifadə olunacaq.
Qeyd edək ki, yeni subsidiya mexanizmləri Prezidentin 25 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş 2026–2030-cu illər üzrə Dövlət Proqramında müəyyən edilən hədəflərə uyğun olaraq qəbul edilib.
11:10
140
11:06
189
11:04
217