ABŞ nümayəndə heyətinin təyyarəsi Moskvaya çatıb
5 Sentyabr 13:30
5 Sentyabr 13:30
5 Sentyabr 12:44
4 Sentyabr 17:31
Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib
Samed Ağırbaş: COP31 komandası olaraq Azərbaycanın COP29 sədrliyindən çox şey öyrənmişik
Fatma Varank: Bakı iqlim gündəmi Türkiyə üçün möhkəm zəmin formalaşdırıb
COP30-un icraçı direktoru Bakı İqlim Həftəsinə ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
10:58
245
Azərbaycan və Qazaxıstan Avrasiyada əmtəə qazı bazarına çıxarılan səmt qazının əhəmiyyətli hissəsinin təmin edilməsində mühüm rol oynayır.
Bu barədə “APA-Economics” Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum - GECF) hesabatına istinadən xəbər verir.
Qeyd olunur ki, Azərbaycanda səmt qazının hasilatına “Azəri-Çıraq-Günəşli” kompleksi, Qazaxıstanda isə “Tengiz” və “Kaşaqan” kimi iri neft hasilatı layihələri əhəmiyyətli töhfə verir.
Bildirilir ki, ümumilikdə Avrasiyada əmtəə qazı bazarına çıxarılan səmt qazının əsas mənbəyi Rusiyadır. Bu, ölkədə neft hasilatının böyük həcmi və geniş karbohidrogen ehtiyatları bazası ilə əlaqədardır. Səmt qazının hasilatı əsas neft hasil edən regionlarda, o cümlədən Qərbi Sibirdə cəmləşib. Burada geniş neft-qaz infrastrukturu səmt qazının toplanması, emalı və istifadəsini təmin edir.
Regionun yüksək neft hasilatı və inkişaf etmiş qaz infrastrukturu səmt qazının tutulması və müxtəlif istiqamətlərdə istifadəsi üçün imkanlar yaradır. Belə qaz daxili enerji təchizatında, sənayedə və digər məhsuldar məqsədlər üçün istifadə oluna bilər. Bu, neft hasilatından əldə olunan dəyərin artırılmasına, həmçinin regionda qaz təchizatının dəstəklənməsinə imkan verir.