Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb İqtisadiyyat

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

“APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,67% azalaraq 4 446,4 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 0,55% azalaraq 66,38 dollar təşkil edib.