ABŞ nümayəndə heyətinin təyyarəsi Moskvaya çatıb
5 Sentyabr 13:30
5 Sentyabr 13:30
5 Sentyabr 12:44
4 Sentyabr 17:31
Azərbaycan və İranın birgə layihələrinin icra vəziyyəti müzakirə edilib
Samed Ağırbaş: COP31 komandası olaraq Azərbaycanın COP29 sədrliyindən çox şey öyrənmişik
Fatma Varank: Bakı iqlim gündəmi Türkiyə üçün möhkəm zəmin formalaşdırıb
COP30-un icraçı direktoru Bakı İqlim Həftəsinə ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
10:43
280
“Biz kifayət qədər narahatedici mənzərə fonunda bir araya gəlmişik. Nepalla Çində baş verən dağıdıcı daşqınlar və torpaq sürüşmələri insanların faciəvi şəkildə həlak olmasına və böyük humanitar fəlakətə səbəb olub”.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.
Yalçın Rəfiyev qeyd edib ki, bu faciələr iqlim dəyişikliyinin artıq sabah üçün xəbərdarlıq olmadığını xatırladır: “Bu, milyonlarla insan üçün bu günün reallığıdır. El-Nino kimi hadisələrin təsirini daha da gücləndirdiyi ekstremal hava şəraiti təkcə ətraf mühitimizə deyil, iqtisadiyyatımıza, təhlükəsizliyimizə və inkişafımıza da təsir göstərir. Lakin iqlim dəyişikliyi bizim yalnız dayanıqlılığımızı sınağa çəkmir. O, diplomatiyanın özünü də sınağa çəkir. Geosiyasi qarşıdurmaların, parçalanmanın və etimadın azalmasının hökm sürdüyü bir dövrdə iqlim dəyişikliyi heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi problem olaraq qalır. COP29-dakı təcrübəmiz göstərdi ki, mövqelər uzlaşmaz göründüyü zaman belə diplomatiya nəticə verə bilər. Konsensus o demək deyil ki, təxminən 200 tərəf birdən-birə hər məsələdə eyni mövqeyə gəlir. Bu, müxtəlif milli reallıqların eyni istiqamətdə hərəkət edə biləcəyi nöqtənin tapılması deməkdir”.
10:57
231
10:12
420
09:01
567