12:10
399
İranın nüvə proqramından imtina etməyəcək, onun məqsədi buna nail olmaqdır.
Bunu xalqcebhesi.az-a siyasi ekspert Füzuli Kərimov deyib.
O, qeyd edib ki, İranın nüvə silahı əldə etmək iddiasından geri çəkiləcəyi ilə bağlı iddiaları inandırıcı görünmür:
"İranın məqsədi nüvə silahı əldə etməkdir, elə məlum müharibə də buna görə başlayıb. ABŞ və İsrail ümumiyyətlə İranın nüvə məsələsində iştirakının əleyhinədir, çünki ona etibar etmirlər".
Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian Tehranda Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək vəzifəli nümayəndələri ilə görüşdə deyib ki, İran nüvə proqramını beynəlxalq hüquq çərçivəsində inkişaf etdirməyə davam edəcək.
Bununla yanaşı, Pezeşkian qeyd edib ki, İran nüvə silahına sahib olmağa çalışmır:
“İran Nüvə Silahlarının Yayılmaması haqqında Sazişin üzvü kimi beynəlxalq hüquq və öhdəliklər çərçivəsində nüvə fəaliyyətini davam etdirmək istəyir”.
Cavid