12:07
378
Milli Məclisin deputatı Fariz İsmayılzadə xarici tələbələrin Azərbaycana gəlməsi və tələbə vizası alması ilə bağlı çətinliklərin aradan qaldırılması üçün birgə dinləmələrin keçirilməsini təklif edib.
Bunu deputat Fariz İsmayılzadə Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, son 5-6 ildə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində müsbət dinamika müşahidə olunur.
Onun sözlərinə görə, qurum rəqəmsal xidmətlərdən fəal istifadə edir, vətəndaşlarla ünsiyyətdə sosial şəbəkələrə üstünlük verir, beynəlxalq təcrübədən yararlanır, biznes icması ilə mütəmadi görüşlər və məsləhətləşmələr keçirir: “Miqrasiya xidmətlərinin inkişafı Azərbaycanın biznes mühitinin cəlbediciliyinə və beynəlxalq reytinqlərdə irəliləməsinə də təsir göstərir.
Miqrasiya xidmətlərinin fəaliyyəti yalnız biznes mühiti ilə məhdudlaşmır, universitetlərin fəaliyyətinə də təsir edir. Azərbaycanın əsas məqsədlərindən biri ölkədə təhsil alan xarici tələbələrin sayını artırmaq, onların Azərbaycan təhsil sistemindən faydalanmasına şərait yaratmaq və gələcəkdə ölkəmizi dəstəkləyən insanlara çevrilmələrinə nail olmaqdır.Azərbaycanın səfirliklərinin olmadığı bəzi ölkələrdən gələn tələbələr tələbə vizası almaqda çətinlik çəkirlər”.
O, bu problemin həlli üçün Dövlət Miqrasiya Xidmətinin, Elm və Təhsil Nazirliyinin və Milli Məclisin Elm və təhsil komitəsinin iştirakı ilə birgə dinləmələrin keçirilməsini, universitetlərlə görüşlərin təşkilini təklif edib.
Fariz İsmayılzadə bildirib ki, qanunvericiliyin təkmilləşdirilməsi zamanı biznes icması ilə yanaşı, universitetlərin də rəyləri nəzərə alınmalıdır.
Deputat qanun layihəsini dəstəklədiyini bildirib.
Günel Elxan
12:28
357
12:12
791
11:56
476