Alimlərimiz Kiprdə elmi simpoziumunda iştirak ediblər Hadisə

Alimlərimiz Kiprdə elmi simpoziumunda iştirak ediblər

Martın 5-6-da Kuzey Kıprız Türkiyə Cümhuriyyətinin (KKTC) Lefkoşa şəhərindəki Atatürk Kültür Mərkəzində (AKM) Kıbrıs Balkanlar Avrasya Türk Edebiyatları Vakfının Başkanı İsmail Bozkurdun baş kordinatorluğu, Kıbrıs Balkanlar Avrasya Türk Edebiyatları Kurumunun (KIBATEK), Kıbrıs Sosyal Bilimler Üniversitesinin (KISBÜ), Kıbrıs Türk Kültür Derneği Genel Merkezi və Kıbrıs Türk Edebiyatları və Edebiyyatçıları Derneyinin (KITED) işbirliyi ilə III Uluslararası Türk Ədəbiyatı ve Ədəbiyatçıları Simpozyumu keçirilib. Simpozium nəinki Kuzey Kıprız Türkiyə Cümhuriyyətində, eləcə də Türkiyədə son illərin ən böyük tədbirlərindən və ən mühüm hadisələrindən biri olub, Kuzey Kıprız Türkiyə Cümhuriyyətinin, eləcə də Türkiyənin elmi-ədəbi, eləcə də mədəni-siyasi həyatında mühüm rol oynadı. Konfrans iki gün ərzində – 5-6 mart tarixlərində Lekfoşanın Atatürk Kültür Mərkəzinin(AKM) iclas salonlarında baş tutub.
Simpozium ilk növbədə öz beynəlxalq əzəməti baxımından fərqlənirdi. Belə ki, simpoziumda Türkiyədən, KKTC-dən, eləcə də Azərbaycan, Rusya, Bolqarıstan, Qaqauzeli - Moldova, İran, Qazaxıstan, Özbəkistan və Polşadan gəlmiş alim, ədəbiyyatçı və tədqiqatçılar iştirak edirdilər. Görkəmli eilm adamlarının, tədqiqat-çıların və ədəbiyyatçıların qatıldığı bu simpozium 2 gün davam edib. 14 iclasdan ibarət olan bu simpoziumda 67 məruzə dinlənilib. İclaslar hayatda olmayan Kıbrıs Türk ədəbiyatının tanınmış ədəbiyatçılarından olan Ali Nəsim, Aşık Kənzi, Bənər Hakkı Hakəri, Fikrət Dəmirağ, Hafız Cəmal Lokman-həkim, Harid Fədai, Hikmət Afif Mapolar, Kaytazadə Nazım, Müftü Hilmi Əfəndi, Nəvzat Yalçın, Osman Türkay, Özkər Yaşın, Suna Atun, Süleyman Uluçamgilin adlarını daşıyıb. Simpoziumun proqramında türkiyəli və kiprli alimlərlə yanaşı, 8 xarici ölkədən olan alimlərin, ədəbiyyatçıların və tədqiqatçıların məruzələri yer alıb.