CASCFEN virtual ələmlə bağlı konfrans keçirəcək Hadisə

CASCFEN virtual ələmlə bağlı konfrans keçirəcək

Orta Asiya və Güney Qafqaz söz azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Virtual aləmdə etik normaların gözlənilməsi" adlı layihə çərçivəsində konfrans keçirəcək. Bu barədə CASCFEN-nin sədr müavini, layihənin rəhbəri Rey Kərimoğlu bilgi verib.
Onun sözlərinə görə, aprel ayından icrasına başlanan layihənin əsas məqsədi cəmiyyətimiz üçün yeni münasibətlər forması olan virtual aləmdə davranışların tənzimlənməsinə yardımçı olmaqdır: "Altı ay davam edəcək layihə artıq insan həyatının inkar edilməz tərkib hissəsinə çevrilmiş virtual mühitdə tələb edilən davranış qaydalarının təbliği və populyarlaşdırılmasına hesablanıb. Yəni çox zaman insanlar kompüter arxasında oturub elə düşünürlər ki, yazacaqları fikirlər, yaxud da virtual aləmdə göstərəcəkləri hərəkətləri heç kim görmür. Buna görə də əxlaq və birgəyaşayış qaydalarının tələbləri tez-tez pozulur, fərdlər və qruplar arasında kataklizmlər yaşanır. Layihə çərçivəsində onlayn istifadəçilərə izah ediləcək ki, etik normalar heç də adi həyatdakından fərqli deyil. Əksinə, burada daha ədəbli davranmaq tələb edilir".
CASCFEN bu məqsədlə Bakı şəhərində QHT və media nümayəndələrinin iştirakı ilə iki konfrans keçirəcək, "Virtual aləmdə etik normalar" adlı kitabça da hazırlayacaq.

XC