15:31
532
Ankara meri Mənsur Yavaş müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) çıxdığını və siyasi fəaliyyətini müstəqil statusda davam etdirəcəyini bəyan edib.
Xalqcebhesi.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, bu barədə sentyabrın 23-də sosial media hesabında məlumat yayıb.
Yavaş vurğulayıb ki, Ankarada CHP-dən seçildiyi üç səlahiyyət müddəti ərzində şəffaf, hesabatlı idarəetməni təmin etməyə və siyasi baxışlarından asılı olmayaraq bütün sakinlərə xidmət göstərməyə çalışıb.
O, həmçinin başqa partiyaya keçmək niyyətində olmadığını bəyan edib. Merin sözlərinə görə, seçkilərdə qazanılan mandat seçicilərin razılığı olmadan digər siyasi strukturlara keçirilməməlidir. Yavaş Ankaranın müstəqil meri kimi fəaliyyətini davam etdirəcəyini qeyd edib.
Məryəm Quliyeva