14:15
378
Çin prezidenti Si Cinpin Amerika Prezidenti Donald Trampın dəvəti ilə dövlət səfəri üçün ABŞ-yə yola düşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunduğu kimi, Çin lideri çərşənbə günü günortadan sonra xüsusi reyslə Pekindən havaya qalxıb. Səfərdə Si Cinpini həyat yoldaşı Pen Liyuan, ÇXR-in Xarici İşlər naziri Van İ, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bütosunun Daimi Komitəsinin üzvü Tsay Tsi və digər rəsmi şəxslər müşayiət edir.
Çin XİN-in daha əvvəl bildirdiyinə görə, ÇXR Sədrinin ABŞ-yə səfəri sentyabrın 23-dən 25-dək davam edəcək. Vaşinqtonda o, amerikalı həmkarı ilə danışıqlar aparacaq.
Məryəm Quliyeva