“Hüquq müdafiəçisi” anarxiyası Hadisə

“Hüquq müdafiəçisi” anarxiyası

Ruslan Bəşirli: "Hüquq müdafiəçiliyi termini nəinki adiləşib, hətta biabırçı bir vəziyyətə salınıb"

"Azərbaycanda elə hüquq müdafiəçiləri tanıyıram ki, Qanunvericiliklə məhbusun saxlanıldığı kameranın sahəsinin nə qədər olduğunu belə bilmir"

Son zamanlar özlərini hüquq müdafiəçisi adlandıran şəxslər antimilli fəaliyyətləri ilə seçilirlər və bu istiqamətdə atdığı addımları daha çox ictimailəşməyə çalışırlar.
Xüsusilə Leyla Yunusun son hərəkətləri onun hüquq müdaifəçisi deyil, hansısa xarici ölkə xüsusi xidmət orqanlarını maraqlarını həyata keçirməyə çalışan şəxs olduğu ehtimallarını gücləndirir.
Müxtəlif siyahı hazırlanır, Azərbaycanın insan hüquqları sahəsində Ermənistandan da geridə olması imici yaratmağa çalışırlar.
Onu da əlavə edək ki, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib ki, dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da insan haqlarının pozulması ilə bağlı ayrı-ayrı faktlar mövcuddur, amma bu kütləvi xarakter daşımır. Gənc fəalların, hüquq müdafiəçiləri və jurnalistlərin həbsi ilə bağlı məsələyə münasibət bildirən Elmira Süleymanova qeyd edib ki, belə hallar bütün ölkələrdə baş verir və heç kim onların mövcudluğunu inkar etmir: "Bu kimi hallar hər yerdə mövcuddur. Bu gün bütün dünya ölkələri Azərbaycanda insan hüquqlarının qorunması sahəsində yüksək inkişafın olduğunu deyir və insanın ləyaqətli həyat sürməsi üçün yaratdığı hər cür şəraitdən faydalanır". Ombudsman qeyd edib ki, Azərbaycanda insan haqlarının qorunması istiqamətində görülən ciddi işlərin nəticələri var. Onun sözlərinə görə, Ombudsman Aparatının fəaliyyəti müddətində dövlət qurumlarına 961 təklif göndərilib və onların 60%-i reallaşıb. Dünyanın heç bir ölkəsində belə bir təcrübə yoxdur. Elmira Süleymanoba ombudsmanların 12-ci konfransının işində iştirak edən nümayəndələrin bir çoxunun iyunun 17-də Azərbaycanın cəzaçəkmə müəssisələrində olduğunu da əlavə edib: "Onlar orada məhbuslarla təkbətək görüşüb və onların saxlanma şəraiti ilə tanış olublar. Bu, bir daha Azərbaycanda insan hüquqlarının qorunmasına göstərilən diqqətin nəticəsidir. Bu, zamanın tələbidir və Azərbaycan buna yüksək səviyyədə cavab verməyi bacarıb".
Jurnalist Şəmsiyyə Əliqızı deyir ki, Azərbayandakı dağıdıcı müxalifət dairələri, bəzi gənclər təşkilatları, QHT-lər, həmçinin bəzi "hüquq müdafiəçiləri" "vətəndaş cəmiyyəti quruculuğuna yardım", "demokratiyaya keçid" adı altında antiazərbaycan qüvvələrin dağıdıcı niyyətlərini gerçəkləşdirmək uğrunda fəaliyyət aparırlar: "Onlara bu işdə gizli və qeyri-qanuni şəkildə aldıqları külli miqdarda qrantlar ən böyük stimul kimi çıxış edir. İnsan hüquqları, demokratik azadlıqlar uğrunda "mübarizələri" barədə car çəkən belə dairələrin əsas məqsədi səslərini daha ucadan eşitdirərək xaricdən daha çox maliyyə dəstəyi qazanmaqdır. Bu cür "hüquq müdafiəçilərini" cəlb edən əsas alver predmeti isə "siyasi məhbus" anlayışıdır. Azərbaycanda da bəzi QHT-lərin və "hüquq müdafiəçiləri"nin "siyasi məhbus" anlayışından sui-istifadə cəhdlərinin şahidi oluruq.
Siyasi məhbus istehsalı ilə məşğul olan bəzi yerli "Hüquq müdafiəçilərinin" məhkumların ailələrindən aldıqları pulun qarşılığında onların adlarını hazırladıqları "siyasi məhbus" siyahısına saldıqları məlumdur".
Onun sözlərinə görə, bu insanları, əslində, heç kimin hüquqları maraqlandırmır, onların yeganə məqsədi demokratiya, insan haqları kimi ali dəyərlər üzərində öz bizneslərini qurmaqdır: "Xarici maliyyə mənbələrinin buyruq quluna çevrilərək antimilli fəaliyyət göstərən bəzi yerli QHT-lərin iç üzünü ifşa edən məlumatlar zaman-zaman mətbuatda öz əksini tapır. Məsələn, bəzi ABŞ QHT-lərinin Azərbaycandakı müxalifyönlü QHT-lərə və ayrı-ayrı şəxslərə böyük həcmdə maliyyə ayırdığı göstərilir. Qeyd olunur ki, 2003-2013-cü illərdə Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi 4 razılaşma əsasında 588 min dollar alıb. Bu pullardan müxtəlif təşkilatlara cəmi 519 min dollar ayrılıb. Yazılarda radikal müxalif düşüncəli şəxslərə sözügedən vəsaitdən nə qədər pay düşdüyü ifşa olunub. Beləliklə, assosiasiya tərəfindən ayrılmış qrantların böyük hissəsi də müxalifətçilərin maliyyə rezervlərinə yönəldilib.
Respublikamızın inkişafına mane olmaq və nüfuzuna xələl gətirmək, öz maraqlarını gerçəkləşdirmək məqsədilə isə həmin dairələr ölkə daxilindəki bəzi satqın ünsürlərdən özlərinin "beşinci kolon"u kimi yararlanmağa çalışırlar". O, həmçinin əlavə edib ki, illərdir ki, öz xəyanətkar əməlləri ilə Ermənistana və erməni lobbisinə canfəşanlıqla xidmət göstərən dağıdıcı ünsürlər içərisində Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və özü kimi erməni mənşəli olan əri Arif Yunus xüsusilə seçilirlər: "Özlərinin erməni və pul sevgisinin sintezindən yaranan "fəaliyyətləri" ilə bu iki şəxs illərdir ki, Azərbaycanın imicinə kölgə salmağa, ölkə daxilində ictimai rəyi çaşdırmağa, qarşıdurma yaratmağa çalışmaqla məşğuldurlar. Xüsusən də, Leyla Yunus mütəmadi olaraq yaydığı bəyanatlarda, verdiyi müsahibələrdə ermənipərəst mövqeyini və fəaliyyətini açıq şəkildə etiraf edir. Azərbaycan cəmiyyəti belə qurumları və onlara havadarlıq edən xarici təşkilatları yaxşı tanıyır. Bu səbəbdən də, "vətəndaş cəmiyyəti qurumu" adı altında gizlənən, əslində isə, cəmiyyətə düşmən kəsilən bu cür ünsürlərin təxribatyönlü fəaliyyətləri heç bir nəticə verməyəcək".
Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, Aydın Hüseynov deyib ki, Azərbaycanda özlərini hüquq müdafiəçisi adlandıran bəzi şəxslər var ki, antimilli fəaliyyət göstərirlər. Onun fikrincə, belələri özlərini ictimailəşdirərək, tanınmış "hüquq müdafiəçisi"nə çevrilir və sonradan onlara tapşırılan işi yerinə yektirməklə məşğul olurlar.
Aydın Hüseynov vurğulayıb ki, bunların başında Sülh və Demokratiya İnstitunun (SDİ) direktoru Leyla Yunus gedir: "O, bütün varlığı ilə bu torpağa, bu xalqa düşmən kəsilmiş bir fərddir". Aydın Hüseynov qeyd edib ki, bu adamdan onsuz da başqa cür hərəkət gözləmək lazım deyil: "Ümumiyyətlə, Leyla Yunusdan başqa hansı hərəkətləri gözləmək olar ki? Gəlin onun fəaliyyətini bir daha təftiş edərək, nəzərdən keçirək. Bu adam hələ AXC-Müsavat cütlüyünün iqtidarı dönəmində, məsul vəzifə daşıyarkən, dövlət sirrlərini erməni xüsusi orqanlarına satmaqla məşğul idi. Bütün bunlardan sonra ondan hər hansı bir dövlətçilik addımını atması məncə, çox gülünc səslənər".
YAP rəsmisi onu da vurğulayıb ki, Ermənistanda Leyla Yunusu bu ölkənin işğalçılıq siyasətini dəstəkləyən adam kimi tanıyırlar: "Əgər Leyla Yunus hər hansı bir tədbir adı altında işğalçı ölkəyə səfər edib, onların maraqlarını təmin edirsə, demək o, həm xəyanətkar, həm də Azərbaycana qarşı düşmən kəsilmiş şəxsdir. Hesab edirəm ki, onun barəsində aparılan istintaq araşdırmaları hələ çox faktları üzə çıxaracaq".
Aydın Hüseynov daha bir məqama toxunaraq deyib ki, Azərbaycan bütün sahələrdə güclü inkişaf mərhələsini yaşamaqdadır: "Ölkəmiz regionda və beynəlxalq aləmdə söz sahibinə çevrilib. Belə olan halda, bizi istəməyən qüvvələr məhz Leyla Yunusdan, həmçinin, müxalifətin radikal qanadından kifayət qədər istifadə etməyə çalışır. Leyla Yunus bütün hallarda öz varlığını ermənipərəst qüvvələrə, Qərbin qaranlıq siyasi dairələrinə satıb. Çünki onu milli maraqlar deyil, gəlir mənbəyi, pul-para maraqlandırır. Təbii ki, vicdanını pula satan bir adamdan da yalnız belə addımları gözləmək olar. Pul Leyla Yunus üçün hər şeydir. Ancaq düşünürəm ki, bir gün Leyla Yunusu pulla alıb istifadə edənlər bir gün elə onun özünü də bir kənara atmalı olacaqlar. Çünki güclü, qüdrətli Azərbaycan heç vaxt belə ucuz məsələlərdən təsir görməyib. Yəni sonda Azərbaycana qarşı çıxn qüvvələr də anlayacaqlar ki, onlar boş yerə vaxt sərf edirlər. Bax onda Leyla Yunus bir kənara atılacaq. Buna hər kəs əmin olmalıdır".
Jurnalist Ruslan Bəşirli isə deyib ki, ümumiyyətlə hüquq müdafiəçisi olmaq üçün bir sıra özəlliklər vacibdir: "Əvvəla hüquq müdafiəçisi olmaq üçün ilk növbədə hazırkı qanunvericiliyi normal şəkildə bilmək, digər tərəfdən məşğul olduğun sahənin spesifik xüsusiyyətlərini bilmək lazımdır.
Mən Azərbaycanda elə hüquq müdafiəçiləri tanıyıram ki, qanunvericiliklə məhbusun saxlanıldığı kameranın sahəsinin nə qədər olduğunu belə bilmir. Amma bu sahədə hüquq müdafiəçisi olduğunu deyir. İndi Azərbaycanda çoxlu hüquq müdafiəçiləri peyda olub. Əgər bu termin 5-10 il əvvəl ciddi bir termin kimi işlədilirdisə, indi təssüf ki, bir çox insanların hansısa məqsədlərə görə bu adı öz üzərlərinə götürməsi nəticəsində Hüquq müdafiəçiliyi termini nəinki adiləşib, hətta biabırçı bir vəziyyətə salınıb. Hətta hüquq müdafiəçiliyindən fırıldaqçılıq kimi istifadə edənlər var. O icra hakimiyyəti sənin, bu icra hakimiyyəti mənim qapı qapı gəzirlər. Bu sadəcə biabırçılıqdır. Hesab edirəm ki, indi bu termin ölkədə çox adiləşib və təssüf ki cılız duruma düşüb
Hərçənd ki hələ normal hüquq müdafiəçiləri də qalmaqdadır amma onların sayı çox azdır".

Əli