Gürcüstan parlamentinin sədri Azərbaycana gələcək Hadisə

Gürcüstan parlamentinin sədri Azərbaycana gələcək

Gürcüstan parlamentinin sədri iki həftədən sonra Azərbaycana səfər edəcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə parlamentin sədri David Usupaşvili "İmedi" kanalına müsahibəsində deyib.
Parlament sədri Bakı hava limanında Gürcüstan parlamentinin deputatları ilə bağlı baş vermiş insidentə də münasibət bildirib: "Mən bu hadisəni nə təsdiq, nə də inkar edə bilərəm. Bu barədə məlumatım yoxdur. Mən bu barədə səfirin bəyanatını oxumuşam. Azərbaycan tərəfi insidentin genişlənməsinə imkan verməyib. Biz belə məsələlərdə həssas olmalıyıq. Mən iki həftədən sonra Azərbaycana səfər etmək niyyətindəyəm. Ümidvaram ki, bu insident iki ölkə arasındakı qarşılıqlı dostluq münasibətlərinə təsir etməyəcək".