“XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı olub Hadisə
Azərbaycan Universitetində prof. Asif Hacıyevin "XX əsr ədəbi düşüncələr tarixi" kitabının təqdimatı keçirilib. Tədbirdə iştirakçılara kitabın elmi və ədəbi mühit üçün əhəmiyyəti haqqında məlumat verilib. Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova kitabin müasir filoloq nəslinin yetişməsi üçün dəyərli elmi mənbə olduğunu bildirib. Kitabın müəllifi, prof. Asif Hacıyev qeyd edib ki, dərs vəsaiti kimi təqdim olunan kitabda oxucuya XX əsr ədəbi prosesini səciyyələndirən cərəyanlara aid manifest, konsepsiya və xatirələr təqdim olunub. Kitabın Azərbaycan Universiteti tərəfindən nəşr olunduğunu diqqətə çatdıran müəllif universitet rəhbərliyinə, kitabın redaktoru və rəyçilərinə təşəkkür edib.
Azərbaycan Universitetinin professoru Qorxmaz Quliyev çıxşında bildirib ki, Azərbaycan ədəbiyyatı XIX əsrin ortalarından indiyə qədər 2 dəfə fors-major vəziyyətə düşüb. Birincisi XIX əsrin ortalarında Azərbaycanın Rusiya tərəfindən işğal edilməsinin ardından mədəniyyətimizin bölgə kontekstindən çıxıb dünya mədəniyyətinə inteqrasiya olunması ilə bağlıdır. Bu dövrdə Mirzə Fətəli Axundov Avropa mədəniyyətini Azərbaycana ad və anlayış səviyyəsində gətirdi, Avropa ədəbiyyatı və fəlsəfi fikrinə xas olan janrları ədəbiyyatımıza daxil etdi, oxucu ilk dəfə Şekspirin, Molyerin, Volterin adlarını eşitdi, "Kritika" sözü ilə tanış oldu. İkinci fors-major vəziyyəti isə Azərbaycan mədəniyyətinin 70 il ərzində zor gücünə dünya mədəniyyətindən təcrid olunması ilə bağlıdır. Qorxmaz Quliyev deyib: "Müstəqilliyin bərpası ilə biz yenidən dünya mədəniyyətinə qovuşmaq imkanı əldə etdik. Amma məlum oldu ki, bir sıra sahələrdə xeyli geridə qalmışıq. İndi bu geriliyi ad və anlayış səviyyəsində aradan qaldırmaq mümkün deyildi. Təcili olaraq 70 il ərzində dünya mədəniyyətinin yaratdığı humanitar fikrə aid olan bütün mətnləri Azərbaycan dilinə çevirmək lazımdır".
Qorxmaz Quliyev vurğulayıb ki, Asif Hacıyevin kitabı dünya mədəniyyəti nümunələrinin "mətn" formasında Azərbaycan oxucularına təqdim edilməsində ilk və mühüm addımdır. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, prof. Bədirxan Əhmədov qeyd edib ki, Azərbaycan Universiteti Azərbaycan dili və ədəbiyyat kafedrasının heyəti, keçirdiyi konfrans və tədbirlər, çap etdiyi kitablar ilə ölkənin filoloji mərkəzinə çevrilib. Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Asif Hacıyevin əsərlərini yaxından izlədiyini diqqətə çatdırıb, tərcümənin xalqları və mədəniyyətləri yaxınlaşdırmaq kimi mütərəqqi roluna diqqət çəkib. Tədbirdə digər çıxış edənlər də kitabın elmi mühit üçün əhəmiyyətini qeyd edib, müəllifə təşəkkür ediblər.