Məmməd Arifin yubileyi Hadisə

Məmməd Arifin yubileyi

Tural

Azərbaycan Prezidenti akademik Məmməd Arifin 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamdan irəli gələn vəzifələri yerinə yetirmək üçün digər dövlət qurumları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasına da ədibin yubileyinin keçirilməsi barədə tapşırıqlar verilib. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında M.Arifin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə M.Arifin həyat və yaradıcılığını əks etdirən "Əsərləri", "Redaktoru olduğu əsərlər", "Tərcümələri" və s. bölmələri üzrə kitablar, o cümlədən haqqında yazılan əsərlər və dövrünü əks etdirən kitablar öz əksini tapıb.
Nümayiş olunan 200-ə yaxın ədəbiyyat həm ənənəvi, həm də virtual olaraq Azərbaycan, rus, Şərqi və Qərbi Avropa dillərində təqdim olunub. Sərgidə, həmçinin fotoşəkillər, videomateriallar da öz əksini tapıb.