Prezident İlham Əliyev Fuad Ələsgərovu “Şöhrət” ordeni ilə təltif edib Hadisə

Prezident İlham Əliyev Fuad Ələsgərovu “Şöhrət” ordeni ilə təltif edib

13 may

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fuad Ələsgərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, mayın 14-də Fuad Ələsgərovun 60 yaşı tamam olur.