16 İyul 21:21
17 May 2019 16:25
1 806
Dünən Azərbaycan Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
MŞ-dan “Xalq Cəbhəsi”nə verilən məlumata görə, toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
Komissiya ilk olaraq Bakı şəhər sakini, kiçik sahibkar Nurtəkin Məmmədovanın “Baku.WS” Xəbər Portalına qarşı şikayətini araşdırıb. Şikayətçinin sayt barədə iradları və bu iradların qarşılığı olaraq irəli sürdüyü tələblər uyğunsuz sayılıb. Məsələ baxılmamış saxlanılıb.
İclasda Bakı şəhər sakini Cavanşir Rüstəmovun “Milletinsesi.info”, “Teref.az” və “Teref.info” saytlarına qarşı şikayəti də araşdırılıb. Tərəflər şikayət doğuran məqamların aradan qaldırılması üçün razılığa gəliblər.
Müzakirə edilən növbəti məsələ Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Ramiz Quliyevin “Milliyol.az” və “Bizimxeber.az” saytlarına qarşı şikayəti olub. Şikayət doğuran məqamların aradan qaldırılması üçün razılığa gəlinib.
Ağdaş rayon sakini, fərdi sahibkar Məhəmməd Əliyevin “Media-Press.org” saytı barədə şikayətində ciddi ittihamlar yer aldığından və sayt təmsilçisi hərəkətləri barədə arqumentlər təqdim etmədiyindən, məsələ geniş araşdırılmaq üçün MŞ-nin “Reket jurnaistika”ya qarşı mübarizə Komissiyasına yönləndirilib.
16 İyul 18:41
1 330
16 İyul 18:38
1 190
16 İyul 18:06
1 176