Media rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər Hadisə

Media rəhbərləri Fəxri xiyabanı ziyarət ediblər

İyulun 22-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil qoyublar.
Media rəhbərləri sonra Azərbaycan ilk mətbuat orqanı olan "Əkinçi" qəzetinin banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.
Mərasimdə çıxış edənlər əsası "Əkinçi" qəzeti ilə qoyulmuş Azərbaycanın milli mətbuatının keçdiyi keçdiyi tarixi inkişaf yoluna qısaca nəzər salıblar. Xüsusi vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin söz və mətbuat azadlıqlarının təminatı sahəsində yürütdüyü siyasət hazırda onun layiqli davamçısı - Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu düşünülmüş və məqsədyönlü siyasət ölkədə kütləvi informasiya vasitələrinin sürətli inkişafına və cəmiyyətdə layiqli yerini tutmasına imkan yaradıb.