“Ulduz” jurnalının redaksiya heyəti toplantı keçirib Hadisə

“Ulduz” jurnalının redaksiya heyəti toplantı keçirib

"Ulduz" jurnalının redaksiya heyətinin toplantısı keçirilib. Toplantını açan "Ulduz"un baş redaktoru Qulu Ağsəs son aylarda jurnalın nəşri ilə bağlı aparılan işlərdən, əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən söz açıb. Baş redaktor hazırda 300 tirajla nəşr olunan jurnalın tirajının yaxın vaxtlarda artırılacağını vurğulayıb: "Jurnalın son nömrələri oxucular və abunəçilər tərəfindən maraqla qarşılanır. Hətta satışdan geriyə jurnal qayıtmır. Buna görə də tirajı artırmaq niyyətindəyik. Ancaq düşünürəm ki, satışla yanaşı abunə məsələsini də diqqətdə saxlamalıyıq. Ədəbi çevrələrdə onsuz da jurnalımız alınır, izlənilir və dərgidə həyata keçirdiyimiz yeni layihələr, ədəbi-mədəni projelərlə bağlı müsbət rəylər eşidirik. Ancaq arzuolunandır ki, "Ulduz" təkcə ədəbi cameədə yox, elmi çevrələrdə, ali və orta məktəblərdə, kitabxanalarda, bölgələrdə də oxucu auditoriyası toplasın. Bunun üçün abunə olmaq ən yaxşı vasitədir". Qul Ağsəs jurnala abunə olmaq üçün respublikanın bütün şəhər və rayon "Mətbuatyayımı" şöbələrinə müraciət etməyi tövsiyə edib. Jurnalın 6 aylıq abunə qiyməti 12 manatdır. Bakıda abunə yazılmaq istəyənlər həmçinin 440-27-85, 440-39-83, 440-46-94 nömrəli telefonlarla əlaqə saxlaya bilərlər. İclasa redaksiya heyətinin üzvlərindən şairlər Elçin Mirzəbəyli, Həyat Şəmi, Sevinc Mürvətqızı, Elşən Əzim, Vüsal Nuru, Xəyal Rza, Hafiz Hacxalıl, Nuranə Nur, Qılman İman, Fərid Hüseyn qatılıb və təkliflərlə çıxış edib. İclasda qərara alınıb ki, ayda bir dəfə redaksiya heyətinin toplantısı keçirilsin.

XC