16 İyul 21:21
4 İyul 2019 15:11
3 031
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirib. Sakinlər bir sıra məsələlərlə bağlı, o cümlədən yaşadıqları binaların istismar müddətinin keçməsini nəzərə alaraq pilot layihə çərçivəsində məhəllənin yenidənqurulması, mənzil şəraitninin yaxşılaşdırılmasına köməklik göstərilməsi, həyətin abadlaşdırılması, iş ilə təmin olunma, asfalt örtüyünün təmiri barədə müraciətlər ediblər.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib. İcra Hakimiyyətinin başçısı qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işləri qeyd edərək, Nəsimi rayonu ərazisində həyata keçirilən işlər barədə sakinlərə məlumat verib.
16 İyul 18:41
1 365
16 İyul 18:38
1 218
16 İyul 18:06
1 211