QHT Şurasının Əsasnaməsinə dəyişiklik edilib Hadisə

QHT Şurasının Əsasnaməsinə dəyişiklik edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, №12, maddə 1224; 2009, №4, maddə 222, №12, maddə 988; 2012, №2, maddə 83, №5, maddə 429; 2016, №3, maddə 466; 2018, №11, maddə 2269) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 2.4.7-2-ci yarımbəndinə “Azərbaycan Respublikası” sözlərindən əvvəl “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi”nin 3.1.3-1-ci yarımbəndi nəzərə alınmaqla,” sözləri əlavə edilir.