
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Bu təltif mənim fəaliyyətimə verilmiş çox böyük qiymətdir
“REAL” televiziyasının tanınmış əməkdaşı Mahir Məmmədli Prezident İlham Əliyevə xüsusu minnətdarlıq edib.
Mahir Məmmədli aldığı “Əməkdar jurnalist” fəxri adını onun fəaliyyətinə verilən çox böyük qiymət hesab edir:
“Axşam Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında” Sərəncamı dərc olunduqdan sonra yüzlərlə zəng və mesaj aldım. Hamınıza minnətdaram. Xüsusi minnətdarlığım isə məni “Əməkdar jurnalist” adına layiq görən Prezident İlham Əliyevədir. Bu təltif mənim fəaliyyətimə verilmiş çox böyük qiymətdir. Bundan sonra da ömrüm və sağlamlığım imkan verdiyi müddətdə bütün fəaliyyətimlə Dövlətimin yanında olacam, şər qüvvələrin bütün hücumlarının qarşısında sipər olmağa çalışacam. Bir daha təbriklərə görə hamınıza “çox sağ olun” deyirəm, bu fərəhi bütün həmkarlarıma arzulayıram”.
Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla “REAL” televiziyasının əməkdaşı Mahir Məmmədli “Əməkdar jurnalist” fəxri adı ilə təltif edilib.