
Bu gün Gəncə şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçiriləcək.
APA-nın Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Elmar Məmmədyarov, Maya Pancikidze və Əhməd Davudoğlu ölkələr arasındakı münasibətləri, habelə regional əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.