“İran tərəfi müəyyən razılaşmalara getmək məcburiyyətindədir”
14 Sentyabr 17:37
14 Sentyabr 17:37
14 Sentyabr 14:59
14 Sentyabr 14:53
14 Sentyabr 14:14
28 Noyabr 2019 16:04
2 429
Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.
Report-un məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Səfərbərlik və Mülki Müdafiə İdarəsinin rəisi, polis polkovniki Fuad Məmmədli vəzifəsindən azad edilib.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, F.Məmmədli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.
DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib.
F.Məmmədlinin yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, F.Məmmədli sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlududur.
14 Sentyabr 19:46
679
14 Sentyabr 18:39
665
14 Sentyabr 17:59
728