Böyük Britaniya Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini çağırıb
İsraildə hərbçilərə hücum planlaşdıran şübhəlilər saxlanılıb
Ukrayna ordusu Rusiyanın "kölgə donanması"na aid 20 gəmini vurduğunu bildirib
Slovakiya şirkətləri Azərbaycan bazarında uzunmüddətli tərəfdaşlıq axtarır
Milli Məclisin nümayəndə heyəti Şimali Kiprin Müstəqillik Günündə iştirak edəcək
13 Dekabr 2019 15:39
2 037
"Gürcü tarixçi, professor Eldar Nadiradzenin sayəsində Qafqaz və Azərbaycanın tarixi haqqında məlumatlar daha da genişləndirilir".
Bu barədə Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Tbilisidə Eldar Nadiradzenin müəllifi olduğu "İrəvan xanlığı" kitabının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, Eldar Nadiradzenin Azərbaycan və Gürcüstanın elm sahəsində əməkdalığın gücləndirilməsindəki xidmətləri misilsizdir: "Gürcüstanın Milli Muzeyi və Heydər Əliyev Fondu arasında əməkdaşlıq effektiv nəticələr verir, birgə konfrans və sərgilər təşkil olunur".
Rizvan Hüseynov qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında mədəniyyət, tarix və elm sahələrində əməkdaşlıq bundan sonra da davam etdiriləcək və bu, hər iki tərəfə böyük faydalar verəcək.
Mərkəz direktoru bildirib ki, "İrəvan xanlığı" kitabının gürcü dilinə tərcümə olunaraq nəşr edilməsi nəzərdə tutulub: "Gürcüstanın Milli Muzeyinin arxivində Azərbaycanın tarixinə aid zəngin materiallar var. Aktuallığı nəzərə alaraq ilk araşdırma və kitab İrəvan xanlığına həsr olundu. Tədqiqaqtlar davam etdirilir və Azərbaycanın digər xanlıqları barədə də kitablar hazırlanacaq".
Qeyd edək ki, "İrəvan xanlığı" kitabı Azərbaycan, ingilis və rus dillərində çap ounub.
10:31
742
14 İyul 21:57
1 498
14 İyul 20:21
1 183