“Universiteti bitirən zəif tələbələrə diplom yox sertifikat verilsin” Hadisə

“Universiteti bitirən zəif tələbələrə diplom yox sertifikat verilsin”

Xəbər verdiyimiz kimi, dünən “Yeni imtahan modeli: islahatlar, nəticələr gözləntilər" mövzusunda konfrans keçirilib.
Təhsilin proqlemləri barədə danışan BAXCP sədri Qüdrət Həsənquliyev qeyd edib ki, yaponlar müəllimə nazir maaşı verib, imperator kimi hörmət göstərirlər. Müəllimlərin maaşları artırılarsa məktəblərdə repetitorluğa son qoyular, əlavə dərs keçməyən müəllim isə keyfiyyətli dərs tədris edər. Bundan əlavə Azərbaycanın ali məktəblərində təhsilin keyfiyyətinin aşağı olduğunu söyləyən partiya sədri bildirib ki, universitetlərimiz xarici ölkələrin ali məktəbləri ilə tələbə və pedaqoq mübadiləsi aparmalıdırlar.
Millət vəkili ən vacib məsələlərdən biri kimi, orta məktəblərdə buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanlarının birləşdirilməli olduğunu qeryd edib. “Ali məktəbdə təhsil alan fizika fakultəsi tələbəsinin Cəlil Məmmədquluzadəni tanımaması ayıbdır. Çünki, ixtisası üzrə hazırlaşır və digər elmlərdən bixəbər qalır. İmtahanlar birləşdirilsə şagird 11 illik təhsilinin ona nə verdiyini bilər, əlavə stress yaşamaz”.
O həmçinin universiteti bitirən tələbələrin də biliklərinin Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirilməsini, yaxşı bal toplamayan tələbələrə diplom deyil, 4 illlik təhsilə görə sertifikat verilməsini təklif edib.
Tədbirdə Qüdrət Həsənquliyevin təkliflərinin nəzərdən keçiriləcəyi bildirilib.