13:13
616
Son üç ildə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 17 mindən çox müraciət əsasında 420 nəfər fundamental istiqamətdə məzun formalaşıb.
Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Şahmar Hacıyahyayev Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci məzun günündə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son dalğa istisna olmaqla, digər 6 dalğanın məzunlarının işə qəbul faizi 90%-ə yaxınlaşıb:
“Son dalğanı çıxmaq şərtilə, digər altı dalğanın məzunlarının işə qəbul faizi artıq 90 faizə yaxınlaşır və onlar əmək bazarının müxtəlif istiqamətlərində fəaliyyət göstərirlər. Bundan əlavə, tərəfdaş dövlət və özəl strukturlardan cəlb olunan kadrları “upskilling” adlandırdığımız ixtisasartırma təlimlərinə cəlb etmişik. Ümumilikdə 160 nəfər bu proqramlarda iştirak edib ki, onlardan 40 nəfəri cari ildə təlimlərə qoşulub”.
Şahmar Hacıyahyayev vurğulayıb ki, bu istiqamətdə yalnız təlim-tədris fəaliyyəti deyil, həm də kibertəhlükəsizlik sahəsində beynəlxalq müsabiqələrə hazırlıq prosesi mərkəzimiz tərəfindən həyata keçirilir:
“Cyber Collab istiqamətində isə ölkədə kibergigiyena immunitetinin yüksəldilməsi və kiber dayanıqlığın formalaşdırılması məqsədilə fəaliyyət göstəririk. Bu fəaliyyətlər yalnız yüksək ixtisaslı texniki kadrları deyil, həm də dövlət və özəl sektorun bütün əməkdaşlarını əhatə edən kiber maarifləndirmə tədbirlərini özündə birləşdirir. Bu çərçivədə 53-dən çox qurumla əməkdaşlıq edərək, 7 mindən artıq əməkdaşı əhatə edən kibergigiyena və kiber maarifləndirmə tədbirləri həyata keçirmişik. Tədbirlər zamanı kiber dayanıqlıq üzrə simulyasiyalar aparılmış və müxtəlif proqramların tətbiqi fəaliyyət planımıza daxil edilib”.
“Bundan əlavə, Azərbaycanda ilk dəfə olaraq kibertəhlükəsizliyin yalnız mütəxəssislər səviyyəsində deyil, yüksək rəhbərlik səviyyəsində də prioritet məsələ olması fikrini ön plana çıxarmışıq. Bu məqsədlə müxtəlif dövlət qurumlarının və fintech şirkətlərinin C-level adlandırılan yüksək rəhbər heyətini kiber maarifləndirmə tədbirlərinə cəlb etmişik,” – deyə o bildirib.
10:07
896
09:27
1 029
09:26
1 008