
Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə yenidən yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, Bakıda isti küləklər, cənub-şərq küləyi üstünlük təşkil edəcək.
Belə hava şəraiti bu həftənin sonunadək davam edəcək.
Avqustun 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.